MTV yeni videoçartı təqdim etdi

14 İyul 2014 20:38
MTV şirkəti yeni Your MTV Top 20 musiqili videoçart yaradıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni videoçartın dünyada ilk tam həftəlik musiqili videoçart olacağı gözlənilir. O, fanlarla sosial və elektron mediada ünsiyyət əsasında yaradılacaq.

Your MTV Top 20-nin yaradılması üçün istifadə edilən məlumatları Spotifynin törəmə strukturu The Echo Nest təqdim edir.

Musiqili videoçarxların seçimi hər həftə MTV-də yenilənəcək. Fanların aktivliyi, o cümlədən çartın xüsusi saytında videonun baxılması, istinadların mübadiləsi və Tvitterdə müzakirəsi bu və ya digər klipin reytinqdə yerini müəyyən edəcək və onun mövqeyi hər beş dəqiqədən bir dəyişəcək. Son rəy hər həftənin bazar ertəsi Qrinviçə görə saat 17:00-da dərc olunacaq. İlk belə çart iyulun 7-də dərc olunub, burada birinci yeri Problem ot Ariana Grande kompozisiyası (Iggy Azalea iştirakı ilə) tutub.

Çartın rəsmi saytı, yourmtvtop20.com ünvanında yerləşdirilib və beş dildə - ingilis, alman, italyan, ispan və fransız dillərində təqdim edilib. Gələcəkdə xarici dillərin çeşidi artırılacaq.

Milli.Az