Məşhur milyarder bu maşını sürür - FOTO

15 İyul 2014 22:54
Planetin ən nüfuzlu şəxslərindən biri Uorren Baffet adi Subaru Outback sürərkən şəkli çəkilib. Nəzərə alsaq ki, Baffet Ford konserninin səhmdarlarından biridir, o rəqib şirkətlərin avtomobillərini sürməməlidir. Həm də ona görə ki, biznes-maqnat Subaru Outback -i Amerika avtonəhəngi üçün "real təhlükə" adlandırıb. Görünür Baffet bu "təhlükəni" daha ətraflı öyrənməyə çalışır.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, dünyanın ən varlı adamı (Forbes dərgisinin 2008-ci il məlumatına görə) həmişə iri mülklər və dəbdəbəli avtomobillər almağa meyli olmayan milyarderlərdən hesab edilib.

Uorren Baffet indyədək 1958-ci ildə Omahada 31 500 dollara aldığı evdə yaşayır və 8 il əvvəl aldığı Cadillac markalı avtomobil sürür. Baffet tez-tez zaraftla deyir ki, o korprativ illik hesabatları başqalarının Playboy jurnalını oxuduqları maraqla oxuyur.

Bir sıra digər uğurlu biznesmenlər də kifayət qədər sadə həyat tərzi keçirməyə üstünlük verirlər. Məsələn IKEA şirkətinin əsasını qoymuş İnqvar Kamprad 1993-cü il buraxılışı Volvo 240 avtomobilində gəzir, yalnız ekonom-klasda uçur və öz əməkdaşlarını kağızın hər iki üzündə yazmağa çağırır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.