Böyük qalmaqal: hacı millət vəkilinin porno videosu yayıldı - VİDEO - FOTO

11 Aprel 2015 10:36
Britaniyada yeni, böyük siyasi qalmaqal yaşanır. Ölkədə keçiriləcək parlament seçkilərinə çox az müddət qaldığı zamanda iki ən böyük siyasi güc sayılan təşkilata, əzəli rəqiblər -  Leyboristlər və Mühafizəkarlar partiyalarına sərt rəqabət apardığını bəyan edən Britaniya Liberal-Demokrat Partiyasının ən məşhur simalarından birinin əxlaqsızlığı faş olub.

Liberal-demokratların parlamentdəki fraksiyasının liderlərindən biri, Britaniyanın müsəlman icmasının populyar fiqurlarından sayılan Məcid Nəvazın 2014-cü ilin iyulun 7-də Londondakı striptiz klublardan birində olarkən "əyləncəsi"nin videosu yayılıb.

Həmin vaxt Ramazan ayı idi.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, klubda içib sərxoş olan Məcid Nəvaz buradakı striptizçi qadınlardan birini "seçərək" kiçik zala yollanıb və orada həmin qadınla cinsi əlaqədə olub.

Baş verənləri zaldakı videomüşahidə kameraları çəkiblər.
 

Pakistanlı mühacirlər ailəsində doğulmuş 36 yaşlı Məcid Nəvaz radikal islamçı ekstremizmə qarşı mübariz kimi tanınır. O, iki dəfə həcc ziyarətində olub, hacıdır.
 

21 yaşı olanda "Hizbut Təhrir" qruplaşmasının üzvü Rəbiət ilə ailə qurmuş Məcid Nəvazın bu izdivacda bir övladı doğulub. 2013-cü ildə Rəbiət ilə boşanmış M.Nəvaz amerikalı Reyçellə nişanlanıb və indi onlar Nəvazın Londondakı evində qeyri-rəsmi nikahda yaşayırlar.
 

Yaratdığı "Quilliam Foundation"a başçılıq edən Məcid Nəvaz parlament seçkilərinə Hempsted və Kilborn bölgələrindən namizəd kimi qatılıb.

"Hizbut Təhrir" hərəkatının sabiq üzvlərindən biri Məcid Nəvaz 2001-ci ilin dekabrında Misirdə radikal islamçılıqda və ekstremizmdə suçlanaraq həbs olunmuş, 2006-cı ilədək həbsxanada qalmışdı.
 

2007-ci ildə "Hizbut Təhrir" sıralarını tərk edən Məcid Nəvaz sonradan radikal islamçılığa qarşı sərt mübariz kimi tanınıb.

Məcid Nəvaz gecə klubunda olduğunu təkzib etməsə də, videoçəkilişin şantaj və saxtakarlıq olduğunu vurğulayıb.

Videonun çəkildiyi gecə klubunun sahibi Əbdül Malik siyasətçini yalançı, ikiüzlü adlandırıb: "Bu video montaj deyil. Məcid Nəvaz özünü ailəcanlı, əxlaqlı insan kimi qələmə verir, amma Ramazan ayında gecə klublarına yollanıb əyyaşlıq edir".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.