DÇ-1998-in rekordu təkrarlandı
14 İyul 2014 10:48
DÇ-2014-də daha bir rekord qırıla bilərdi.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, finalda baş tutan Almaniya - Argentina matçında qapılara iki qol vurulsaydı, 1998-ci ildə Fransada keçirilən mundialın rekordu yenilənəcəkdi və DÇ-2014 mundiallar tarixindəki ən çox qol vurulan çempionat olacaqdı.
Qeyd edək ki, DÇ-1998-də 171 qol vurulub. Bu gün keçirilən final oyununda isə Almaniya millisinin futbolçusu Mario Götze bir dəfə fərqlənib ki, bu da DÇ-2014-ün 171-ci və sonuncu qolu olub. Bununla da DÇ-1998-in rekordu təkrarlanıb.
Milli.Az