"Qızıl top"un sahibi o oldu

14 İyul 2014 10:40
DÇ-2014-ün ən yaxşı oyunçusu bəlli olub.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, mundialın gümüş mükafatçısı Argentina millisinin kapitanı Lionel Messi turnirin ən yaxşısı adını qazanıb.

Final oyunundan sonra "Qızıl top" mükafatı Messiyə təqdim olunub.

Qeyd edək ki, DÇ-2014-ün bütün oyunlarında meydanda olan hücumçu 4 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az