Braziliyada başa çatmış DÇ-2014-ün finalında Argentina yığmasını məğlub edərək dünya çempionu titulunu qazanmış Almaniya millisinin matçını seyr edənlər arasında "bundestim"in futbolçularının xanımları da vardı.
Milli.Az El Mundo-ya istinadən bildirir ki, Rio-de-Janeyrodakı "Marakana" arenasında Almaniya yığmasının qələbə qolunu vurmuş Mario Götzenin sevgilisi onu bağrına basıb.
Matçdan sonra Andre Şüllenin sevgilisi Montana York, Bastian Şvayntaygerin nişanlısı Sara Brandner, Mats Hummelsin istəklisi Keti Fişer, Miroslav Klozenin xanımı Silviya və uşaqları, Sami Xediranın qeyri-rəsmi nikahda olduğu Lena Qerkqe, Benedikt Hovedesin xanımı Liza Vesseler, Məsut Özilin sevgilisi Mario Kapristo və ən nəhayət, baş məşqçi Yoahim Lövün xanımı oyundan sonra meydana atılıblar.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.