Braziliyada başa çatmış DÇ-2014-ün final matçında dünya şou-biznesinin ulduzları da vardı.
Rio-de-Janeyro şəhərindəki "Marakana" arenasında oynanmış Almaniya-Argentina qarşılaşmasına tamaşa edənlər arasında "Rolling Stones" qrupunun frontmeni, 70 yaşlı Mik Caqqer yer almışdı.
Milli.Az TMZ-yə istinadən bildirir ki, almanların əlavə vaxtda 1:0 hesabla qalib gəldiyi oyun başa çatandan sonra Caqqer bildirib: "Almaniya yığmasına azarkeşlik edirdim. Əla oyun oldu".
Tribunadakı 26 yaşlı müğənni Riannanın boynunda Braziliyanın bayrağı formasında döymə vardı. Rianna yanındakı supermodel Adriana Lima ilə foto da çəkdirərək İnstagram-da yayıb.
Matça arenada baxanlar arasında Eşton Kaçer, Tom Bredi, Naomi Kempbell və s. ulduzlar da gözə dəyib.
Dünya çempionatının kubokunu Almaniya yığmasına isə Karles Puyol və Gisel Bundhen təqdim ediblər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.