Yahoo-da biabırçı "yataq" qalmaqalı - FOTO

14 İyul 2014 12:34

Dünyanın ən böyük internet şirkətlərindən olan Yahoo korporasiyasında qalmaqal yaşanır.
 

Şirkətin sabiq baş mühəndis-proqramçısı Nan Şi Yahoo Mobile-in injinirinq üzrə baş direktoru Meri Çjanı əxlaqsızlıqda və təcavüzdə suçlayaraq onu məhkəməyə verib.
 

Milli.Az Gizmodo-ya istinadən bildirir ki, ABŞ-ın Kaliforniya ştatının Ali Məhkəməsinə təqdim olunmuş şikayət ərizəsində yer alan iddialara görə, Meri Çjan vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Nan Şini dəfələrlə zorlayıb, onu cinsi əlaqələrə vadar edib, iş vaxtından sonra çalışmağı tapşırıb.
 

"Meri Çjan ilk dəfə mənə təcavüz edəndə demişdi ki, onunla yatağa girməsəm, işdən qovulacağam. İşimi itirməmək üçün razılaşdım. Sonra şifahi və yazılı formada təcavüzlər oldu. İstirahət günlərində də Meri Çjan məni yanına çağırır, evində təcavüz edir, cinsi əlaqədən sonra elektron poçtla məktublar yazmağa vadar edirdi. Başıma gələnlər barədə korporasiyanın insan resursları departamentinə şikayətlənəndə isə məni qovdular", - Nan Şi söyləyib.
 

İddia ərizəsi ilə bağlı məhkəmə prosesi başlanıb.
 

Yahoo korporasiyası Nan Şinin iddialarının əsassız olduğunu deyərək onları rədd edib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.