Amerikalı Sudanda "kral" oldu
13 İyul 2014 16:25
Amerikalı Ceremi Hiton (Jeremiah Heaton) özünü "Şimali Sudan"ın kralı elan edib və Sudanla Misir arasında yerləşən torpaqlara iddia edir.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə The Washington Post xəbər yayıb.
Belə bir qərarı verməyə onun balaca qızının şahzadə olmaq arzusu vadar edib.
Üç uşaq atası olan Hiton dağ mədənində işləyir. O, qızının arzusunu yerinə yetirməyi qarşısına məqsəd qoyub və buna görə öz gələcək "krallığı" üçün internetdə münasib yer axtarışına çıxıb.
Belə bir yeri o, Afrika səhrasında tapıb. 200 kvadratmetrlik yeri Hiton bəyənib və bir neçə ay sonra oraya gedərək iyunun 16-da, qızı Emilinin ad günündə, daşlıqda göy rəngli, üzərində dörd ulduz və tac olan bayrağı oradakı daşlıq yamaca sancıb.
"Uşaqlarıma göstərmək istədim ki, onların arzularını yerinə yetirmək üçün dünyanın o biri ucuna da gedərəm", - xoşbəxt ata deyib.
Yerlilər bu ərazini Bir-Təvil adlandırırlar. Bu terra nullius-a - heç kimi torpağına - dünyanın heç bir dövləti iddia etmir.
Riçmond Universitetinin politologiya və beynəlxalq araşdırmalar üzrə professoru Şeyla Krapiko deyib ki, Hiton bu torpaqlara siyasi cəhətdən yiyələnmək üçün qonşu dövlətlərin və BMT-nin azılığını almalıdır.
Yeni "kral" dəstək üçün Afrika Birliyinə müraciət etməyi planlaşdırır.
Bundan sonra o, Sudan və Misirin liderləri ilə dostluq əlaqələri yaradaraq öz "krallığını" aqromərkəzə çevirmək istəyir. Çünki bunu onun uşaqları, xüsusilə də Emili istəyirlər.
Milli.Az