Mətbəx sirləri: Yalançı iskəndər

17 İyul 2014 07:00
Milli.Az "Sofra" dərgisinə istinadən yalançı iskəndərin hazırlanma qaydasını təqdim edir

Tərkibi:


300 q mal əti (bifşteks)
1 x.q. kərə yağı
2 pomidor
bir neçə dilim köhnə çörək
kərə yağı
sarımsaqlı qatıq

üzərinə:


kərə yağı+pul bibər

Əti nazik dilimləyin. Kərə yağında qazardın. Pomidorları sürtgəcdən keçirib üzərinə əlavə edin. Duz vurun. Başqa bir tavada xırda doğranmış boyat çörəyi kərə yağında qovurun. Qaba çəkin. Üzərinə ətləri düzün. Sarımsaqlı qatığı üzərinə qoyun. Pulbibəri kərə yağında qovurub üzərinə gəzdirin.

Nuş olsun!

Milli.Az