Google-un top meneceri fahişə və narkotik məclisində öldü
11 İyul 2014 16:05
Amerikanın Santa-Kruz şəhərinin polisi Aliks Ketrin Tiçelman adlı fahişəni saxlayıb. Fahişə Google şirkətinin 51 yaşlı top meneceri Forrest Heysin qəsdsiz ölümü, dəlillərin gizlədilməsi və narkotik maddələrin saxlanılmasında ittiham olunur.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Google-nin top meneceri Forrest Heysin artıq narkotik maddə qəbulundan ölümü ilə nəticələnən hadisə ötən ilin noyabr ayında, mərhumun 15 metrlik yaxtasında baş verib. Gəminin müşahidə kameralarındakı görüntülər sayəsində hadisənin izinə düşmək mümkün olub.
Videoda görünür ki, 26 yaşlı Aliks Ketrin Tiçelman narkotik dozası qəbul etməkdə Forrest Heytsə yardım edir. Bundan sonra Forrest huşunu itirir. Həmin vaxt qadın ona nə özü yardım edir, nə də ki, kömək çağırır. Forrestin ölümündən sonra fahişə onun cəsədinin üstündən keçir, öz əşyalarını yığır, bir qədəh şərab içir və yaxtanı tərk edir.
Polis onu da müəyyən edib ki, Tiçelmanla Heys "Seeking Arrangement" saytı vasitəsi ilə tanış olublar.
Milli.Az