Amerika narkomanlar ölkəsinə çevrilib
11 İyul 2014 14:52
Orta statistik amerikalı üçün narkotik maddə əldə etmək həyatı üçün vacib olan dərmanlardan daha rahat əldə edə bilir.
Amerika əvvəlki kimi istifadə olunan narkotiklərin həcminə görə dünyada qabaqcıl yerlərdən birini tutur. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "The Huffington Post"da dərc olunan məqalədə qeyd olunub.
Məqalədə qeyd olunur ki, 1971-ci ildə prezident Niksonun narkomaniyaya qarşı başlatdığı mübarizədən bu vaxta qədər keçən dövr ərzində heç bir dəyişiklik olmayıb. O vaxtdan bəri Amerika hökuməti narkobizneslə mübarizəyə 1 trilyon pul xərcləyib, 2,3 milyon amerikalı isə həbsə düşüb.
2012-ci ildə ABŞ-da qadağan olunmuş maddələrin məhv edilməsi üçün 25 milyard dollar pul xərclənilib. BMT-nin də məlumatına görə, bu pullar "havaya sovrulub".
ABŞ-dakı məktəblilərin 40%-i marixuananın dadına baxıb. Bu narkotiki almaq üçün amerikalılar 40,6 milyard dollar xərcləyirlər. 27 milyon dollar heroinə, 13 milyon dollar isə metamfetaminə xərclənib.
Bütün bunlara baxmayaraq, ABŞ-da 8 milyon nəfər üçün tibbi xidmətlər əlçatmazdır.
Milli.Az