Məşhur aviaşirkət yorğan sınayır

11 İyul 2014 21:55
British Airways aviaşirkəti sərnişinlərə uçuş vaxtı rahat yuxu təmin etmək üçün beyin dalğaları vasitəsilə rəngini dəyişən yüksək texnologiyalı yorğanı sınaqdan keçirir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, fiber-optika ilə təchiz olunmuş Xoşbəxt yorğan nevrosensorlarla idarə olunur və insan beyninə ötürülən dalğalar vasitəsilə rəngləri qırmızıdan maviyə dəyişdirərək sərnişinlərin istirahət vaxtını müəyyən edir.

Sözügedən yenilik aviaşirkətə yemək və hətta filmlərə baxmaq vaxtını dəyişdirmək imkanı yaradacaq ki, bütün bunlar British Airways reyslərində sərnişinlərə rahat yuxu və istirahəti təmin edəcək.

Ötən həftə könüllülərdən ibarət bir qrup şəxs Hitroudan Nyu-Yorka uçan təyyarədə bu xidmət növündən istifadə edib və bu haqda hesabat veriblər.

Milli.Az