Peugeot-dan iki yeni krossover - FOTO

12 İyul 2014 18:11
Peugeot şirkəti 2008 və 3008 krossoverlərinin xüsusi versiyalarını təqdim edib. Hər iki yeni avtomobilin adına Crossway əlavəsi edilib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Peugeot 2008 Crossway krossoveri Allure komplektasiyası bazasındadır. Avtomobil 17 düym ölçüdə boz çalarlı yüngül lehimli disklər, ton verilmiş şüşələr və qabaq qapılarda kompas təsvirləri əldə edib. Standart komplektasiyaya təkərlərin yol ilə biləşməsini tənzimləyən Grip Control sistemi, naviqasiya, cihaz panelinin işıqlandırılması və salonun alkantara ilə işlənməsi daxildir. Alıcılara seçim olaraq 1.6-liter VTi 120, 1.6 e-HDi 92 və 1.6 L e-HDi 115 mühərrikləri təklif edilir. Fransada xüsusi modelin qiymətləri 21 550 avrodan başlayır və əlavə ödənişlə park üçün assistent və "metallik" effektli bir neçə rəng çaları mümkündür.

Peugeot 3008 Crossway versiyası WIP Nav Plus sistemi, arxa park etmə assistenti və proyeksiya displeyi ilə təchiz edilib. Salon dəri və alkantara ilə üzlənib. Opsiya siyahısına Grip Control, arxa görünüş kamerası və bir neçə "metallik" və "perlamutr" rənglər daxil edilib. Daxili bazarda minimal qiymət 30 800 avrodur. Mühərrik sırasına üç aqreqat daxildir: 1.6L HDi 115, 1.6L e-HDi FAP 115 və 2.0L HDi 150.

Hər iki krossover Peugeot Adventure Museum muzeyində nümayiş etdiriləcək və sonra Paris avtosalonunda öz yerlərini tutacaqlar.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.