GL550 versiyasının əsasında mümkün tüninq istiqamətlərindən birini Amerika şirkəti "MC Customs" nümayiş etdirdi. Mayami (Florida ştatı) tünerləri cipin eksteryerini yeni staylinq-paket və xüsusi konstruksiyalı böyük təkər dəsti ilə təzələdilər.
Milli.Az auto.az-a istinadən bildirir ki, qabaq və arxa AMG-bamperlərinin quraşdırılmasından sonra "Mercedes GL550" "yüklənmiş" GL63 versiyasına oxşamağa başladı. Sonra radiator barmaqlığının qoymalarını banın rənginə boyadılar, şüşələri tonlaşdırdılar, arxa fənərləri tündləşdirdilər və qazçıxma sisteminin uclarını dəyişdirdilər.
Zavod disklərinin yerinə təkər yarımhalqalarını millərinin arxasından qırmızı əyləc supportları görünən 24 düymlük əyilmiş Vellano VTV 24 diskləri ilə doldurdular.
Lazımi enli aşağıprofilli şinlər lyüks yolsuzluq avtomobilinin tamamlanmasında son cizgilər oldu.
Milli.Az