Daha güclü Ferrari - FOTO

13 İyul 2014 19:57
2011-ci ildə "Novitec Rosso" tüninq şirkəti superkar "Ferrari 458 Italia"-nın köklənmə proqramını buraxmışdı. İndi isə şirkət daha güclü versiya "458 Speciale"-nin tamamlanması üçün yeni tüninq-paket təqdim edir. 

Milli.Az auto.az-a istinadən bildirir ki, İtaliya idman avtomobilinin xarici görünüşünü daha sürətli və eksklüziv etmək üçün onu yeni staylinq-paket və əlavə aksesuarlarla təchiz etməyi təklif edirlər. Güc qurğusunun məhsuldarlığının bir qədər artması və avtomobilin sürət xüsusiyyətlərinin yaxşılaşdırılması kosmetik yeniliklərə xoş əlavədir. 

"Ferrari 458 Speciale"-nin xaricində qabaq bamperin karbon lifindən hazırlanmış splitteri, arxa yan şüşələrin və mühərrik bölməsinin qapağının ventilyasiya dəliklərinin qəlsəməşəkilli qoymalarını, arxada spoyleri və qabırğaların vəziyyətini elektrik tənzimləmə imkanı olan arxa bamperin diffuzorunu görmək olar. 

Bodi-kit qabaq və arxa oxda təzyiq gücünü qaldıraraq, avtomobilin yüksək sürətdə davamlılığını artırır. Karbon qoymalar həmçinin arxa fənərləri və qanadların yuxarı hissəsindəki ventilyasiya dəliklərini bəzəyir. Avtomobillərin daha da fərdi görünməsi üçün tünerlər arxa fənərləri tündləşdirmək, banın rəng sistemini dəyişmək və əyləc supportları ilə birgə təkərlərin naxışını yeniləməyi təklif edirlər. 

Tünerlərin müdaxiləsi sayəsində 4,5litrlik V-şəkilli səkkizsilindrli mühərrik 9250 d/dəqiqədə maksimal 636 a.g.və 5550 d/dəqiqədə 572Nm maksimal fırlanma anı verə bilib. Xatırladaq ki, seriya modeli 605 a.g. və 540 Nm fırlanma anı verir. Bu da superkarı 100km/saata 2,9 saniyəyə sürətləndirir. 

Maksimal sürət 330 km/saatdır. Mühərriki həmçinin zavod qazçıxmasından 7 kq yüngül olan xüsusi nikel-xrom qatışığından hazırlanmış çox effektiv buraxılış sistemi ilə təchiz edə bilərlər. Buraxılış iki çox məhsuldar buraxılış kollektoru, idman katalizatorları, səsboğan və "səs" tembrini tənzimləmək üçün klapandan ibarətdir. 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.