Abşeronda təhlükəli "göl" - FOTO
11 İyul 2014 13:15
Bu yaxınlarda Masazır qəsəbəsində tikinti üçün xəndək qazmışdılar. Ancaq sonradan tikinti işləri görülmədi deyə, oraya qrunt və kanalizasiya suları doldu. Yaxınlıqdakı evlərin sakinləri deyirlər ki, xəndəkdəki suyun səviyyəsi günü-gündən artır. Təcili tədbir görülməlidir. Əks halda onların evlərinə də ziyan dəyəcək.
Milli.Az xəbər verir ki, Day.Az saytının əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Masazır qəsəbə icra nümayəndəsi Şahid Əhmədovla əlaqə saxlayıb. Qəsəbə rəsmisi həmin məsələdə ciddi problem görmədiyini deyib.
"Mən narahatlıq üçün ciddi əsas görmürəm. Çünki xəndək tam olaraq su ilə dolmayıb. Tikintinin sahibinə xəbər verərəm ki, təcili tədbir görsün", - o qeyd edib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.



