Twitter-dən İŞİD-ə ağır zərbə - FOTO

11 Aprel 2015 12:28
Twitter-in texniki xidməti "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı ilə bağlı olan 10000-dən artıq akkauntu bağlayıb.

Hesablar cəmi 24 saat ərzində qapadılıb.
 

Milli.Az NDTV-yə istinadən bildirir ki, həmin akkauntların "zorakılıq, ekstremizm, terror və dini, irqi, milli zəmində dözülməzlik təbliğatı"na görə bağlandığı vurğulanır.
 

İŞİD-in mikrobloqlar servisindən zorakılığın və terrorun təbliğatı, habelə sıralarına yeni tərəfdarlar cəlb etmək üçün gen-bol yararlanması son vaxtlar ciddi tənqid olunurdu.
 

"İŞİD-lə bağlı akkauntlar barədə məlumatları sosial şəbəkələrdə bu terror təşkilatı ilə mübarizə aparan fəallar toplayaraq Twitter-in texniki xidmətinə təqdim etdilər. Biz bu barədə çox məlumatlar aldıq", - Twitter əməkdaşları The New York Times-a bildiriblər.
 

İŞİD-lə bağlı akkauntlar barədə məlumatları "Anonymous" haker hərəkatı ilə bağlı "hacktavist"lər toplayırlar.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.