Droqba "Çelsi"yə dönür?

11 İyul 2014 10:26
"Qalatasaray"la müqaviləsi başa çatan Didye Droqba hələlik özünə yeni klub tapmasa da, artıq onunla bağlı bəzi iddialar ortaya çıxıb. Apasport.az saytının məlumatına görə, İngiltərə mətbuatı Droqbanın "Çelsi"yə dönəcəyini yazıb


İddiaya görə, "Çelsi"nin canlı əfsanəsinə çevrilən və baş məşqçi Joze Mourinyo ilə gözəl münasibətləri olan hücumçu Londona həm futbolçu, həm də baş məşqçinin köməkçisi qismində qayıda bilər. Bununla bağlı Mourinyo və Droqba arasında sıx danışıqlar getdiyi vurğulanır.

Digər tərəfdən, Droqba ilə "Yuventus" və Qətər klubları da maraqlanır. Son olaraq Qətər klublarından birinin ona ildə 3,8 milyon avro təklif etdiyi bildirilir.

Milli.Az