Şəmkirdə poçt binasından oğurluq edən şəxslər tutldu

10 İyul 2014 22:51
Bu ilin yanvar ayında Şəmkirin Qaracəmirli kəndində poçt binasından oğurluq edən iki nəfər saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Şəmkir rayon Polis Şöbəsinin müstəntiqi Nemət Cəfərovun verdiyi məlumata görə, oğurluq hadisəsi bu ilin yanvarın 26-da baş verib. Naməlin şəxs və ya şəxslər poçt binasından 3218 manat pul aparıblar. Aparılan əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qaracəmirli kənd sakinləri 1984-cü il təvəllüdlü Elvin Babayev və 1985-ci il təvəllüdlü Elçin İsmayılov saxlanılıb.

Milli.Az