"Harley-Davidson" motosikletlərində ölüm təhlükəsi
10 İyul 2014 10:13
Dünyaca məşhur Harley-Davidson motosiklet şirkətinin Touring modelində ciddi problemlər var. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, həmin motosikletlərin əyləc sistemi düzgün işləmir və ciddi qəzalara səbəb ola bilər. Bu səbəbdən də şirkət nasazlığı aradan qaldırmaq üçün 66,4 min ədəd modeli geri çağırmaq məcburiyyətində qalıb.
Əyləc sistemindəki defekt hərəkət zamanı ön təkərin bloklanmasına səbəb ola bilər.
Geri çağırılan motosikletlər 1 iyul 2013-cü il tarixindən 7 may 2014-cü il tarixinə qədər istehsal olunub.
Şirkət motosiklet sahiblərinə bu ayın axırına qədər xəbər veriləcəyini və defektin ödənişsiz aradan qaldırılacağını bildirib.
Milli.Az