Bakı Şəhər Baş Polis İdarəsi bu ilin 1-ci yarısında paytaxtda qeydə alınan cinayətlərin statistikasını açıqlayıb. APA-nın məlumatına görə, bu ilin birinci yarısının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində qeyd olunub ki, hesabat dövründə Bakı şəhərində 5.981 cinayət hadisəsi qeydə alınıb, həmin cinayətlərin 86,3%-i (5.162) az ağır və böyük ictimai təhlükə törətməyən 13,7%-i (819) isə ağır və xüsusilə ağır növ cinayətlər olub, ümumi cinayətlərin 70,9%-nin, ağır və xüsusilə ağır növ cinayətlərin isə 74,2%-nin açılması təmin edilib.Bu il Bakıda 43 mənzil oğurluğu cinayəti törətmiş 45 nəfərdən ibarət 19 qrup zərərsizləşdirilib