Selena Qomes onu dostluqdan çıxardı - FOTO

9 İyul 2014 14:06

Amerikalı müğənni Selena Qomes KMART brendinin yeni "Dream Out Loud" kolleksiyasının reklamına çəkilib.

21 yaşlı müğənninin dediyinə görə, model olmasa da, reklam çəkilişləri ilə bağlı təkliflərin əksəriyyətindən imtina etmir.
 

Bu arada Selenanın ən yaxın rəfiqələrindən biri ilə münasibətləri kəsdiyi də bəlli olub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Selena Qomes dünən yaxın rəfiqəsi, "X Factor US" musiqi yarış-şousunun münsiflər heyətinin sabiq üzvü Devi Lovato ilə əlaqələri kəsib.
 

Rəfiqələr Facebook, İnstagram və Twitter-də bir-birlərini "dostluq"dan çıxarıblar.

Selena Qomes olayla bağlı heç bir şərh verməyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.