Milli.Az auto.az-a istinadən bildirir ki, ümumilikdə, yenilənmədən sonra avtomobil daha çox böyük ölçülü "qardaşı" Passat CC-ni xatırladır. Qabarit uzunluğunun 2 mm qısalmasına baxmayaraq, "Volkswagen Passat"-ın təkər bazası 79 mm uzun alınıb.
Bundan əlavə, avtomobilin hündürlüyü 14 mm alçalıb, eni isə əkzinə 12 mm artıb. Sedanın baqajının həcmi 21 litr (586 litr), universalın isə 47 (650 litr) litr artıb.
"Volkswagen Passat"-ın kapotu altında 125-dən 280 a.g.-ə qədər gücü olan 1,4-dən 2,0 litrə qədər həcmli TSI benzin mühərrikləri yerləşdiriilib.
Dizel mühərriklər 120-dən 239-a qədər a.g. olan 1,6-dan 2,0-litr həcmə qədər TDİ-dır.
Bundan əlavə, avtomobil hibrid güc qurğusu da alacaq. "Volkswagen Passat"-ın avadanlıq təchizatı kifayət qədər çox olacaq.
Milli.Az