Kiçik konteynerdə böyük faciə

8 İyul 2014 16:04
Tailandlı tündməcaz avtomobil həvəskarlarına həmin gün uğursuzluq gətirib. Onların BMW X6, Ferrari F430 Scuderia, Bentley Flying Spur və Lamborghini Murcielago modellərindən ibarət qiymətli yükünü gətirib çatdırmalı olan treylerdə onları bu avtomobillərin əvəzində keçmiş dəbdəbənin yanıb qaralmış qalıqları gözləyirdi. Baş vermiş faciədə "günahkar" premium-kvartetin ən ucuz nümayəndəsi "X6" olub. Krossoverin od tutub yanması ilə alov digər avtomobilləri də cənginə alıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, treylerin sürücüsünün dediyinə görə, o yanğından yalnız bu haqda onu ötüb keçən başqa bir yük avtomobilinin sürücüsü xəbərdarlıq etdikdə xəbər tutub, amma artıq çox gec idi. Xoşbəxtlikdən sürücü özü bu hadisədən sağ-salamat qurtarıb.

Yanmış avtomobillərin toplam qiyməti təxminən yarım milyondur.

Milli.Az