Bakının çıxışı yeni görkəm alır - FOTO
8 İyul 2014 11:08
Bakı-Şamaxı yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində geniş miqyaslı abadlıq işləri görülür.
Milli.Az Day.Az saytına istinadən bildirir ki, yolun kənarında daş hasar hörülür, qazon, gül və ağaclar əkilir. Landşaft elementlərinin maraqlı kompozisiyaları hazırlanır. Bu işlər Xocasən qəsəbəsində, Sulutəpə və Çiçək yaşayış massivlərində reallaşdırılır.
Binəqədi Rayon İcra Hakimiyyətindən bildiriblər ki, köhnə metal darvazalar da yenilənir, evlərin fasadları və dam örtükləri dəyişdirilir.
Piyadaların təhlükəsizliyini təmin etmək üçün yeraltı keçid və avtobus dayanacaqları tikilir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.