"Caesars Park İpanema" oteli FİFA-nın qonaqlarına xidmət edəcək
Brazilyada keçirilən futbol üzrə Dünya Çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanan Holandiya millisi Rio-de-Janeyro şəhərində qaldığı oteldən çıxarılıb.
Anspress-in məlumatına görə, bu haqda Almaniyanın "Bild" qəzeti xəbər verib.
FİFA-nın bu addımı atmasına səbəb isə sponsorlar və digər qonaqların Braziliyaya gələrək Hollandiya millisinin çempionat başlayandan qaldığı "Caesars Park İpanema" otelində yerləşəcəyidir.
"Caesars Park İpanema" oteli FİFA-nın qonaqlarına xidmət edəcək.
"Bizə əvvəlcədən dağlarda, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yer təklif etmişdilər. Futbolçularımız bura öyrəşmişdi. İndi futbolçularımız ən önəmli matça tanımadıqları, bələd olmadıqları bir yerdə hazırlaşacaqlar", - deyə Hollandiya Futbol Federasiyasının baş katibi Bert van Oostveen bildirib.
Baş katib dörd il əvvəl Cənubi Afrikada da belə bir hadisə ilə qarşılaşdıqlarını qeyd edib.
Qeyd edək ki, Hollandiya iyulun 9-da Bakı vaxtı ilə gecə saat 01:00-da Argentina millisi ilə qarşılaşacaq. Milli.Az