Qus Hiddinq Türkiyədə!
15 Fevral 2010 17:10
Milli.Az Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, hollandiyalı mütəxəssis bu həftənin cümə günü Türkiyəyə gələrək, burada futbol federasiyası ilə 4 illik müqavilə imzalayacaq. Məlümata görə, 4 illik fəaliyyətinə görə, məşhur məşqçiyə 3,75 milyon avro ödənəcək.
Xatırladaq ki, 2 gün əvvəl Hiddinq yayda Rusiya millisindən ayrılacağını rəsmən bəyan edib.
Milli.Az