Dənizdə batma təhlükəsi ilə üzləşən daha bir nəfər xilas edilib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbər görə, Dəvəçi rayonunda 1 nəfər dənizdə ("Dəvəçi" sularda xilasetmə məntəqəsindən, təxminən, 1000 m məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşib.
Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:01-də başa çatıb.
Milli.Az