David Luiz rəqibinin tərifini göylərə qaldırdı

5 İyul 2014 18:58
Braziliya yığmasının müdafiəçisi David Luiz Kolumbiya millisinin hücumçusu Xames Rodriges haqda xoş sözlər deyib.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, D.Luiz məğlub olmalarına baxmayaraq Rodrigesin artıq dünya çempionu olduğunu bildirib:

"Çempion dedikdə təkcə kuboku başı üzərinə qaldıran futbolçu başa düşülməməlidir. Məsələn, Xames Rodriges mundialda əla oyun sərgilədi, qollar vurdu. O, turniri başıuca tərk edir. Məğlubiyyətə baxmayaraq Rodriges artıq çempiondur".

Qeyd edək ki, 1/4 finalda Kolumbiyanı 2:1 hesabı ilə məğlub edən Braziliya yarımfinala yüksəlib.

Milli.Az

DÇ-2014-ün bütün xəbərləri burada.