Cennifer Lopesdən sonra Natəvan da bunu etdi - FOTO
5 İyul 2014 18:53
Milli.Az tabloid.az-a istinadən bildirir ki, tanınmış müğənni Natəvan Həbibi Türkmənistanda keçirilən bayram konsertindən olan fotosunu sosial şəbəkədə paylaşıb.
Müğənni adı çəkilən ölkənin prezidenti Qurbanqulu Berdiməhəmmədovun ad günü münasibətilə təşkil olunan tədbirdə çıxış edib.
Qeyd edək ki, prezidentin keçənilki doğum günündə Cennifer Lopez qatılmışdı.
Xatırladaq ki, Natəvan Həbibi Türkmənistanda, Krasnovodsk şəhərində (indiki Türkmənbaşı-red) anadan olub. Sonra isə ailəsi ilə birlikdə Bakıya köçüb.
Milli.Az
Böyütmək üçün şəklə klikləyin.