Kolumbiya uduzdu, prezidentin oğlu qab-qacaq yağdırdı - VİDEO

5 İyul 2014 18:30
Rio-de-Janeyro şəhərində restoranlardan birində Braziliya və Kolumbiya yığmalarının azarkeşləri arasında dava düşüb.

Anspress-in məlumatına görə, kütləvi davada Kolumbiya prezidentinin oğlu Martin Santos, tanınmış aktyor və jurnalistlər də iştirak ediblər.

Davanın hansı səbəbdən baş verdiyi dəqiq bilinmir. Lakin deyilənə görə, restoranda Braziliya-Kolumbiya oyununu izləməyə gələn braziliyalı azarkeşlər prezidentin oğluna və onun dostlarına söz atıblar. Nəticədə tərəflər mübahisə etməyə başlayıb, daha sonra dava düşüb.

Restoran sahibi polis çağırıb. Polis dava edənləri bölməyə aparıb.

Milli.Az