Bakının bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
5 İyul 2014 17:40
Bu gün Bakının Ağa Nemətulla küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya bildirilib ki, yol cizgilərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə adıçəkilən küçə saat 22:00-dan etibarən bağlanacaq.
Sürücülərə alternativ olaraq Həsənoğlu küçəsindən istifadə etmələri tövsiyə olunur.
Milli.Az