İranın dörd əyalətini sel yudu

5 İyul 2014 17:20
Ötən iki gün ərzində İranın dörd əyalətində - Qərbi Azərbaycan, Kohgiluyə və Boyer-Əhməd, Fars və Zəncan əyalətlərində güclü yağışlar sel və daşqınlara səbəb olub.

Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, daşqınlar zamanı həmin əyalətlərin şəhər və kəndlərdə evləri su basıb, təsərrüfata ziyan dəyib.

Seldən əziyyət çəkən 300 nəfərə müxtəlif yardımlar göstərilib.

Milli.Az