Müğənni Rəqsanədən şok qərar

5 İyul 2014 16:58

Rəqsanə başını tamamilə keçəl edəcək

Müğənni Rəqsanə İsmayılova "Yaşıl Teatr"dakı solo-konserti zamanı başının bir hissəsini keçəl edərək hamını təəccübləndirmişdi.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçi bu dəfə saçını tamamilə kəsdirəcək. O, bu barədə "Star life" verilişində danışıb:

"Bunu konsertdə etmək fikrim var idi. Amma stilistim məsləhət gördü ki, saçımın bir hissəsini kəsdirim. İki həftədən sonra isə başımı tamamilə keçəl etdirəcəm. Sentyabra qədər  bu imicdə olacam, daha sonra tamaşaçılar məni yenidən uzun saçlarla görəcəklər".

Milli.Az