Kür iki nəfəri apardı - YENİLƏNİB

5 İyul 2014 18:56
18:56

Şəmkirdə batan şəxslərin cəsədi tapılıb. Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, bu gün saat 15 radələrində Kür çayında batan Gədəbəy rayonunun Günəşli kənd sakinləri Azər HəsənovArif İsayevin meyitləri batdıqları yerdən bir qədər aralıda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb.

Hər iki şəxsin cəsədi aidiyyəti üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

---------
17:02

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Kür çayının Şəmkir rayonu hissəsində batan şəxslərin kimliyi məlum olub. Bunlar - Gədəbəy rayonunun Günəşli kənd sakinləri Azər HəsənovArif İsayevdir. Hər iki şəxsin axtarışları davam etdirilir.   

---------
16:23

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Şəmkir rayonunda bədbəxt hadisə baş verib. İki nəfər Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində çimərkən batıb.

Hələlik həmin şəxslərin cəsədini sudan çıxarmaq mümkün olmayıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları bu istiqamətdə zəruri tədbirlər həyata keçirirlər. Qeyd edək ki, çayda batan şəxslərin kimliyi barədə məlumat verilmir. 

Milli.Az