Gecə internetdə yazışanlar...
5 İyul 2014 16:06
Milli.Az "Azərbaycan" qəzetinə istinadən bildirir ki, gecə kompüter qarşısında oturmaq ziyandır. Bələ ki, gecə saatlarında İnternetdə söhbətləşən insanların yeni informasiyalar qəbul etməsi, yadda saxlaması çətin olur.
Yuxudan əvvəl kompüter qarşısında çox vaxt keçirən insanlarda stres hallarına daha çox rast gəlinir.
Elektron yazışma daha fəal işdir. Hər cümlə haqqında düşünmək və klaviaturada beynindən keçənləri yazmaq beyni dincəlməyə, yuxuya hazırlaşmağa qoymur. Bu, sonda əsəb sistemində pozulmalara aparıb çıxarır, - deyə tədqiqatçılar bildirirlər.
Sorğu göstərib ki, gecə yuxusundan əvvəl bu işlə məşğul olanların 70%-dən çoxu ya yuxuya gec gedir, ya da yuxuya getdikdən sonra rahat yata bilmir, tez-tez oyanır, yaxud səhərədək o tərəf-bu tərəfə çönür.
Araşdırma televizora baxmağın zərərinin bu qədər olmadığını göstərib.
Milli.Az