İmişli sakini kanalda boğulub
5 İyul 2014 15:21
İmişli rayon sakini Qarabağ kanalına düşərək suda boğulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 4-də İmişli rayonu, Yalavac kəndinin ərazisində kənd sakini Ələkbər İbrahimov Qarabağ kanalına düşərək suda boğulub.
Faktla əlaqədar araşdırma aparılır.
Milli.Az