"Hollandiya ilə oyun finala bərabərdir"

5 İyul 2014 15:17
Kosta-Rika millisinin futbolçusu Brayan Ruiz "DÇ-2014"ün 1/4 finalında qarşılaşacaqları Hollandiya ilə oyunöncəsi açıqlama verib.

Qol.az-ın məlumatına görə, FİFA-nın rəsmi saytına danışan komandanın kapitanı final kimi bir oyuna çıxacaqlarını deyib:

"Hollandiya güclü komandadır. Amma onları məğlub edə bilərik. Qələbə qazanmaq istəyiriksə, diqqətli oynamalıyıq. Bizim üçün final kimi bir qarşılaşma olacaq".

Qeyd edək ki, Hollandiya - Kosta-Rika oyunu bu gecə, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Milli.Az

DÇ-2014-ün bütün xəbərləri burada.