"Sneyder məni təəccübləndirdi"
5 İyul 2014 14:53
Hollandiya millisinin futbolçusu Uesli Sneyder "DÇ-2014"də çıxışı ilə yığmanın məşqçisi Lui van Qalı çox təəccübləndirib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis Sneyderin oyunundan məmnun qaldığını deyib:
"Sneyder dünya çempionatındakı çıxışı ilə məni həm təəccübləndirdi, həm də sevindirdi. O, komandanın ən təcrübəli futbolçularından biridir. Meksikaya qalib gəldiyimiz matçda onun böyük rolu oldu. Kosta-Rika ilə oyunda da qol vursa, təəccüblənmərəm. Sneyder bizim üçün önəmli futbolçudur. Dünən məşqdə beş qol vurub".
Milli.Az
DÇ-2014-ün bütün xəbərləri burada.