Aytən Səfərova vidalaşdı
5 İyul 2014 14:49
ANS TV-nin reytinqli "Salam Azərbaycan" verilişinin aparıcısı Aytən Səfərovadan yeni xəbər var.
Anspress xəbər verir ki, aparıcı tamaşaçılarla vidalaşıb. Aytən Səfərova Facebook sosial şəbəkəsi vasitəsilə tamaşaçılarına müraciət edib:
"Salam, Azərbaycan! Ümidvaram ki, istilərə tab gətirirsiniz. Bu bazar ertəsi - iyulun 7-dən etibarən mən Aytən Səfərova "Salam, Azərbaycan" verilişini aparmayacam. Son 8 ay ərzində var gücümlə çalışdım ki, ölü bir verilişi dirildib onu baxımlı edim. Verilişi "Salam Azərbaycan" - Aytən Səfərova komandası ilə Azərbaycan teleməkanında son aylar ən çox sitat gətirilən, başqalarının verməyə cürət etmədiyini verən, deyən, videoportallarda ən çox baxılıb, şərh bildirilən veriliş etdik. TV mövsümünün sonunadək də çox yoruldum (bu da təbiidir). İndi mən istirahətə gedirəm. Verilişin aparıcıları Rita Ömərova və Natavan Babayeva olacaqlar. Umidvaram ki, bu peşəkar, çox savadli, iti ağıllı, kreativ həmkarlarımın təqdimatında verilişin son buraxılışları kreativliyi ilə seçiləcək və reytinqi daha da partladacaq. Hamınıza xoş istirahətlər. Yeni mövsümdə görüşənədək".
Milli.Az