Abşeronda meyit tapılıb
5 İyul 2014 14:30
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 4-də Abşeron rayonu Pirəkəşkül qəsəbəsinin ərazisində üzərində zorakılıq əlamətləri görünməyən meyit tapılıb. Müəyyən edilib ki, ölən şəxs Qobustan rayon sakini Qüdrət Xankişiyev olub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az