Habil Əliyev: "Əgər telefonla danışıramsa..."
5 İyul 2014 14:15
Azərbaycanın xalq artisti, tanınmış kamança ifaçısı Habil Əliyevin səhhəti normallaşıb.
Bunu aznews.az-a açıqlamasında Habil Əliyevin özü deyib.
O bildirib ki, artıq həkimlərin yazdığı müalicə müddəti başa çatır: "Hələ ki, birtəhər dözürəm, görək sonrası necə olacaq".
H. Əliyev telefon söhbəti zamanı zarafatından da qalmayıb: "Şükür Allaha ki, yaxşıyam. Əgər sizinlə telefonla danışıramsa, deməli, vəziyyətim də əladır. Elə özüm də..."
Qeyd edək ki, bir müddət öncə Habil Əliyevin səhhətində problem yaranmışdı.
Milli.Az