Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyeva ilə duet oxuyub
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Star life" verilişinə açıqlamasında deyib. O, duetin yaxın günlərdə işıq üzü görəcəyini bildirib.
Aynişan isə bunun sənət aləmində bir ilk olacağını iddia edib:
"Bu günə kimi bütün duetlər sevgidən, ayrılıqdan bəhs edib. Bizdə isə ana-bala münasibətinə həsr olunub. Sənət aləmində belə duet ilk dəfə olacaq. Sənətə gələn gündən hamı deyir, niyə ananla duet oxumursan. Nəhayət, bunu reallaşdırdım".