Murad Arif: "Ox hədəfə atılıb!"

5 İyul 2014 15:48
Aparıcı-bəstəkar Murad Arifin həyat yoldaşına mahnı həsr etməsi barədə xəbər vermişdik
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, musiqisi və sözləri aparıcının özünə məxsus olan "Həyat yoldaşımsan" adlı bəstəyə klip də çəkiləcək. Bu barədə M.Arif İnstagram səhifəsində yazıb:

"Mahnının təqdimatının bir ayı tamam oldu. Apardığım və aparacağım toylarda ən çox bu bəstənin istənilməsi mənim üçün göstəricidir. Demək, ox hədəfə atılıb! Tezliklə klip də olacaq".

Milli.Az