Alban kilsəsinə zaman düşmən kəsilib, yoxsa biz? - VİDEO
5 İyul 2014 13:19
Milli.Az Türkel TV-nin (TTV) Tovuz rayonundakı alban kilsəsi haqda reportajını təqdim edir.
Bu dar cığır bizi təxminən VII-X əsrlərə aid edilən alban məbədi və qala divarlarına aparır. Tovuz rayonu Əsrik Cırdaxan kəndi ərazisindəki tarixi abidə 100 metr yüksəklikdə yerləşir.
Tovuz Rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Adil Həsənov: "Gürcü tarixçisi Çvadzenin bir gözəl əsəri var - "Daşların qan yaddaşı". Həmin əsərdə ermənilərin alban kilsələrini azərbaycanlılardan necə alıb mənimsəmək iştahası haqqında gözəl yazı var. Bütün millətlərin beynində təsəvvür yaradır ki, mədəniyyət deyiləndə onlar ancaq oğurluq mədəniyyətlə məşğul olurlar".
Tovuz-Böyük qışlaq-Qaralar turizm marşrutu üzərində yerləşən tarixi tikili, meşə ərazisində yaşayan qədim albanlara məxsus olub. Digər abidələr kimi, bu alban məbədini də dəfələrlə ermənilər özününküləşdirmək istəsələr də, bu, elə istək olaraq da qalıb.
Tovuz Rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Adil Həsənov: "Alban kilsəsi deyilən kilsədən bir qırıq da olsun, qopartmaq olmur. Gör o dövr adamları necə məsuliyyətlə yanaşıblar tikintiyə. Mən başa düşə bilmirəm ermənilər bunu necə oğurlaya, necə qopara bilərlər?! Təbii ki, qopara bilməzlər. Bu bizim yaddaşımızdır, bu bizim tarixmizdir".
Hazırda abidənin vəziyyəti acınacaqlıdır. Onun yaşı kimi, ona göstərilən diqqət də çox qədimlərə gedib çıxır.
Bu məbədi də ermənilər öz adlarına çıxmaq istəyiblər. Ancaq abidə özü elə baxımsızlıqdan sıradan çıxacaq.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.
