Falkao: "Braziliya-Kolumbiya matçında hakim yox idi"

5 İyul 2014 13:13
Kolumbiya millisinin hücumçusu Radamel Falkao "DÇ-2014"ün 1/4 finalında Braziliyaya uduzan komandasına dəstək olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Marca" qəzetinə danışan Falkao ölkəsinin yığma komanda ilə qürur duymalı olduğunu bildirib:

"Növbəti oyunda hakimi çağırmağı unutmayın. Hansı ki, Braziliya-Kolumbiya matçında referi yox idi. Məğlubiyyətə baxmayaraq komandamızla fəxr edə bilərik. Sağ olun, uşaqlar".

Qeyd edək ki, zədə səbəbindən mundialda iştirak edə bilməyən Falkaonun komandası 1/4 finalda Braziliyaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Milli.Az

DÇ-2014-ün bütün xəbərləri burada.