Qualcomm yeni şirkət aldı

6 İyul 2014 12:26
Qualcomm şirkəti WiGig texnologiyasının hazırlanması üzrə ixtisaslaşmış İsrailin Wilocity firmasını satın alıb. WiGig lisenziyalaşdırılmamış 60 QHs tezlik dalğasında işləyən multiqiqabit simsiz rabitə texnologiyasıdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu saziş cari standartlardan fərqli olaraq daha yaxın məsafədə rabitəni təmin edən IEEE 802.11ad standartının inkişafını xeyli sürətləndirməlidir.

WiGig dəstəkli birinci qurğular artıq 2015-ci ildə çıxarılmalıdır. Sözügedən həlli dəstəkləyən birinci qurğu Qualcomm Snapdragon 810 mobil çipi olmalıdır. Bildirilib ki, bu həll WiGig texnologiyasını dəstəkləyən birinci mobil platforma olacaq, nəticədə 4K formatlı videonun yayımını həyata keçirmək mümkün olacaq.

Analitiklərin ilkin proqnozuna görə, 2018-ci ilədək bütün dünyada WiGig texnologiyasının köməyi ilə məlumatların yüksəksürətli simsiz ötürülməsini dəstəkləyən 125 milyon mobil fərdi kompüter və 36 milyon smartfon buraxılacaq.

Milli.Az