Bir ailədə iki faciə: istirahətə gedən məktəbliləri kanal uddu
5 İyul 2014 12:19
Siyəzən rayonunda iki məktəbli batıb.
Milli.Az RTV-yə istinadən bildirir ki, iki məktəbli qardaş su kanalında çimərkən suda boğulub. Onlar Siyəzən rayon sakinləri - 2002-ci il təvəllüdlü Zəkiyev Rəvan Seyfulla oğlu və onun qardaşı, 2001-ci il təvəllüdlü Elnurdur. Onlardan 12 yaşlı Rəvanın meyiti tapılıb. Digər azyaşlının cəsədinin tapılması istiqamətində işlər davam etdirilir.
Milli.Az