Nazənin həmkarının hər kəsdən gizlətdiyi biabırçı sirrindən danışdı

5 İyul 2014 13:41

"Kişi nədir, qadın söhbətinə qarışdı nədir?!"

Milli.Az gecce.az-a istinadənxəbər verir ki, bu gün "Xəzər" telekanalında səhər verilişlərindən birində qonaq olan müğənni Nazənin maraqlı açıqlamaları ilə diqqət çəkib. Mövzusu "sirr" olan verilişdə Nazənin adını çəkmək istəmədiyi həmkarının biabırçılığından danışıb:
  

"Bir həmkarımın elə sirrini bilirəm ki, onu açıb heç kimə demək olmaz. O mövzuya ümumiyyətlə toxunmaq olmaz. İnsanların bir az hulqumu olsa, daha yaxşı olar. Hələ qadınları qoyun qırağa, bu dəqiqə kişilər! Amma əvvəllər kişi nədir, qadın söhbətinə qarışdı nədir - belə şeylər ümumiyyətlə olmayıb".

Milli.Az